Pleyeri seçin:

"Gürcü Arzusu"ndan İlham Əliyevə təşəkkür | Dostluq münasibətlərimiz hər zaman bu cür davam etsin!

29 dekabr 2024 354 baxış

“Salome Zurabişvilinin müxtəlif vaxtlarda Azərbaycan-Gürcüstan dostluğuna kölgə salacaq bəyanatları barədə danışmaq istəmirəm. Onun çıxışları bizim münasibətlərə heç bir təsir göstərməyib”.

Bu barədə Gürcüstanın 6-cı Prezidentinin andiçmə mərasimi zamanı keçirilən mətbuat konfransında hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

O qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri “Gürcü Arzusu” Partiyasının hakimiyyəti dönəmində elə gün olmayıb ki, ən yüksək səviyyədə olmasın:

“Mən bunun üçün cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətləri hər zaman bu cür davam edəcək”.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze yeni seçilən Prezident Mixeil Kavelaşvilinin Azərbaycan-Gürcüstan münasibətlərinə öz töhfəsini verəcəyinə əminlik ifadə edib:

“Azərbaycan bizim yalnız strateji tərəfdaşımız deyil, həm də çox önəmli dostumuz və qonşumuzdur. Hakim “Gürcü Arzusu” Partiyası və bütövlükdə Gürcüstan siyasətində Azərbaycanla əlaqələr hər zaman prioritet məsələdir. Ona görə də biz bu münasibətlərin daha da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə davam edəcəyik. Yeni seçilən Prezidentimiz də Azərbaycan-Gürcüstan münasibətlərinə öz töhfəsini verərək bu münasibətlərə daha böyük dinamika qazandıracaq”.

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 354 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 354 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 354 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 354 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 354 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 354 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 354 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 354 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 354 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 354 baxış
Seçilmişlər
icon