"İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır" | İlham Əliyev - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Lakin biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq.
Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə, biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır, lakin biz, əlbəttə ki, davam etməliyik”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
