Pleyeri seçin:
İYİ Partiya "Altılı masa"ya qayıdıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədəki müxalif İYİ Partiyanın sədri Meral Akşener “Altılı masa”ya qayıdıb.
Bu barədə məlumat verən partiyanın sözçüsü Kürşad Zorlu Meral Akşenerin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib. “Sədrimiz bir azdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.
Qeyd edək ki, daha öncə M.Akşener "Altılı masa"ya qayıtmaq üçün şərtini irəli sürüb. O, Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib.
Kopyalandı
