"Laçın" məntəqəsindən yeni görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
“Laçın” sərhəd-buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının müşayiəti ilə erməniəsilli şəxslərin növbəti keçidi təmin edilib.
Belə ki, təşkilata məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi Xankəndidən Gorus istiqamətində sərbəst şəkildə keçib.
Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətlərinə imkan yaradılıb.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
#Laçın postu teqi istifadə olunub
- Laçın postu ilə bağlı statistika açıqlandı: Laçın postundan kimlər keçib?
- BMT günahsız insanların ölümünə niyə susur?
- 30 ildən sonra Qarabağa gələn BMT missiyasının "Laçın" postundan keçidi
- Ruben Vardanyan “Laçın” postunda saxlanıldı: Bakıya gətirilir
- Xankəndidəki partlayışın nəticələri: yaralanan ermənilər İrəvana aparılır
