Pleyeri seçin:

"Müharibə başa çatdı, amma..." | Prezidentdən "Əl-Ərəbiyyə" kanalına diqqətçəkən açıqlamalar

27 avqust 2025 428 baxış

“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ədalətini, beynəlxalq hüququ və ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Müharibədən sonra vasitəçilər hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edib”.

Bu sözləri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan danışıqlar formatının təşəbbüskarı olub və sülh sazişinin layihəsini təqdim edib.

“Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan – Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”, – deyə o əlavə edib.

Prezident İlham Əliyev qeyd edib ki, danışıqlar bir neçə il davam edib və Vaşinqtonda Prezident Trampın və onun komandasının dəstəyi ilə başa çatıb. O, bunun münaqişənin və müharibənin sonu olduğunu vurğulayıb.

Dövlət başçısı sülh sazişinin formal olaraq imzalanmamasının səbəbi kimi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın qalmasını göstərib. O əlavə edib ki, Ermənistan həmin müddəanı dəyişdirdikdən sonra, yəni Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar konstitusiyadan çıxarıldıqdan sonra formal sülh sazişi imzalanacaq.

“Fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”, – İlham Əliyev bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 428 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 428 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 428 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 428 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 428 baxış
Seçilmişlər
icon