Pleyeri seçin:

"Super silah"lar, yoxsa "metal yığını"? - Ermənistan Ordusunu nə gözləyir? | HƏRBİ XRONİKA

08 dekabr 2025 580 baxış

Böyük Britaniyanın müdafiə naziri Vernon Kokerin bir neçə gün öncə Ermənistana etdiyi səfər postmüharibə regionunda baş verən əhəmiyyətli hadisə kimi diqqət çəksə də, gözlənilməz olmayıb. Çünki bundan əvvəl – cari ilin avqustunda Krallığın İrəvana səfər edən dövlət naziri Stefen Douti Ermənistanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcəyinin mesajını vermişdi.

Oktyabr ayında isə rəsmi London Ermənistan və Azərbaycana qarşı 30 ildir ki, davam edən silah embarqosunu ləğv etməklə hər iki tərəfə hərbi texnika və sursat sata biləcəyinin siqnalını vermişdi.

Vernon Kokerin İrəvana səfərinin məqsədi rəsmi açıqlamada Britaniyanın Ermənistanda ilk daimi ofisinin açılışında iştirak kimi göstərilib. Lakin bu açılışa məhz hərbi nazirin gəlməsi, şübhəsiz ki, Britaniyanın Ermənistanla hərbi əməkdaşlıq və ticarət maraqlarını daha sürətlə reallaşdırmaq istəyinin göstəricisidir.

Postmüharibə dövründə bəzi revanşist xəyallarla Fransa, Yunanıstan, İran və Hindistan kimi ölkələrdən silah tədarükünə girişən Ermənistanın eyni vaxtda Britaniya silahlarına da göz tikdiyi məlum faktdır. Lakin Londonun məlum embarqosu ilə bu xəyalı gerçəkləşdirə bilməyən İrəvanın hazırkı durumdan maksimal tezlikdə yararlanmaq istəyəcəyi də yəqin ki, təəccüblü görünməməlidir.

Bəs 2020-ci ilin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən hələ də özünə gələ bilməmiş erməni ordusu Britaniya müdafiə sənayesindən hansı silah sistemləri əldə edə bilər?

“Hərbi xronika” rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 580 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 580 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 580 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 580 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 580 baxış
Seçilmişlər
icon