Pleyeri seçin:

"Vətən" İdman Liseyi yeniləndi | İlham Əliyev görülən işlərlə tanış oldu

04 fevral 2025 422 baxış

Prezident İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək. Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 422 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 422 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 422 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 422 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 422 baxış
Seçilmişlər
icon