Rəcəb Tayyib Ərdoğanın dövlət səfərinin rəsmi qarşılanma mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyə və Azərbaycan Dövlət himnləri səslənib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
