Rəsmi Bakı Boreli susdurdu: Avropa rəsmisindən təhrif dolu açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.
Bu barədə Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavabında bildirib.
Qeyd olunub ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib.
“Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”, – deyə nazirlikdən bildirilib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
