Pleyeri seçin:

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

16 may 2024 274 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına İrəvanda hazırlıq gedir” adlı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilib.

Bildirilib ki, söhbət rəsmi Bakının 44 günlük müharibədən sonra İrəvana təqdim etdiyi beş bənddən ibarət olan sənəddən gedir.

Qeyd olunub ki, Ermənistanda yaşanan qarşıdurma fonunda Qərbi Azərbaycan məsələsinin daxili siyasətdə əsas mövzuya çevrildiyi bəllidir.

Bölgədə baş verənlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə Bakı-İrəvan xəttində danışıqların yeni raundunun başlanması və gözləntilər fonunda Qərbi Azərbaycan məsələsinin önə çıxdığı reallığı da diqqətdən yayınmır.

Süjetdə sülh danışıqları ilə bağlı erməni saytlarında yayımlanan məqalələrdə diqqətçəkən iddialara da yer verilib:

“Nazirlər Almatıda görüşərkən Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bəyan etdi ki, “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Ermənistan tərəfi bu barədə heç bir açıqlama vermədi. Əslində, İ.Əliyev xarici işlər nazirini Almatıya göndərməklə açıq şəkildə nümayiş etdirdi ki, “danışıqlar” termini adlandırılan təmaslar birtərəfli prosesdir. İ.Əliyev burada danışan, Nikol Paşinyan isə dinləyən və icra edən tərəfdir. Bu o deməkdir ki, İ.Əliyevin tələbi ilə 300 mindən çox azərbaycanlı Qərbi Azərbaycana qaytarılacaq.

Artıq Bakıda Qərbi Azərbaycanla bağlı konkret işlər həyata keçirilir. İcma və onun informasiya resursları fəaliyyət göstərir, ictimai sorğular keçirilir və sairə. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların ilk məskunlaşma bölgəsinin əsasən Ararat (Ağrı) vadisi (İrəvan düzənliyi) və Sevan sahil zonası (Göyçə gölünün sahilləri) olacağı haqqında fikirlər var.

Yəni İ.Əliyevin tələbi ilə həyata keçirilən demarkasiyadan sonra Ermənistan rəhbərliyinin əsas vəzifəsi 300 min azərbaycanlı qaçqının qaytarılması olacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması gündəmdədir”.

Sonda vurğulanıb ki, azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına təkcə Bakıda yox, İrəvanda da hazırlıq gedir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 274 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 274 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 274 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 274 baxış
Seçilmişlər
icon