Pleyeri seçin:

Rəsmi Bakının etirazı nəticəsini verdi | Almaniya Prezidenti səhvini anladı

01 aprel 2025 520 baxış

Almaniya Prezidenti Administrasiyası bu ölkənin prezidentinin sosial media profilində yerləşdirilən postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Qeyd edək ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Dərhal iki ölkənin Prezident administrasiyaları və xarici işlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanan məktubda baş verən bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubda deyilir:

“Hörmətli Hikmət Hacıyev. Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib. Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm. Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır”.

Banner
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 520 baxış
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 520 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 520 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 520 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 520 baxış
Seçilmişlər
icon