Rusiya-İran əməkdaşlığı ABŞ-nin səbrini tükətdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarı Tsahi Xaneqbi və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə Vaşinqtonda keçirdiyi görüşdə Rusiya-İran hərbi əməkdaşlığı və Ukraynaya yardım məsələlərini müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, C.Sallivan onlarla Rusiyanın İranla hərbi əlaqələrinin dərinləşməsi ilə bağlı ümumi narahatlığı və Ukraynanı dəstəkləməyin vacibliyi barədə fikir mübadiləsi aparıb.
Tərəflər həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsraillə koordinasiyanın gücləndirilməsi, Tehran və onun tərəfdarlarının təhdidlərinə qarşı mübarizə məsələlərinə də toxunublar.
Ağ Evin yaydığı məlumatda həmçinin qeyd edilib ki, C.Sallivan ABŞ administrasiyasının bütün Yaxın Şərqdə İsrailin təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha təsdiqləyib. Siyasi şərhçilərin fikrincə, bu görüş ABŞ-nin İrana qarşı səbrinin tükəndiyinə işarədir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
