Rusiya-Ukrayna müharibəsində Türkiyənin mövqeyi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsi Avropanı təhlükəsizlik və müdafiə məsələlərində görünməmiş qərarlar qəbul etməyə sövq etdi.
Müharibənin başlaması ilə Qərb dövlətləri Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün öz resurslarını səfərbər etdilər. NATO üzvü kimi Türkiyənin bu münaqişədə mövqeyi isə fərqli oldu, qardaş ölkə daha geniş münaqişənin qarşısının alınmasına çalışdı.
Müharibənin həllində hər iki ölkə ilə sabit münasibət saxlamaq istəyən Türkiyə üçün müxtəlif risklər olsa da, rəsmi Ankara sülhü dəstəklədi. Türkiyənin müharibə edən tərəflərin güvəndiyi ölkə olması hadisələrin gedişatını dəyişə biləcək danışıqlara ev sahibliyi etməsinə dəlalət etdi.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı müstəqil siyasət yeridən Türkiyə dünyanın qida böhranını da diqqətdən kənar qoymadı. Limanların bağlı qalması fonunda BMT ilə əl-ələ verib tərəflərə taxıl sazişi imzalamaları üçün vasitəçi oldu.
Əsirlərin dəyişdirilməsinə vasitəçilik edən Türkiyə görünən odur ki, həm Rusiya, həm də Ukrayna ilə möhkəm əlaqələrə sahib NATO üzvü kimi münaqişənin sona çatması üçün əlindən gələni etməyə davam edəcək.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
