Rusiya Ukraynaya dron hücumuna başlayıb - 24 SAAT
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna səmalarında gərgin 24 saat! Baku TV-nin xəbərinə görə, Rusiya ordusu Ukraynanın müxtəlif vilayətlərinə, o cümlədən Kiyev, Odessa və Xarkova qarşı intensiv PUA (pilotsuz uçuş aparatı) hücumlarına başlayıb. Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən onlarla "Shahed" tipli kamikadze-dronun məhv edildiyi bildirilir. Lakin bəzi ərazilərdə infrastruktur obyektlərinə zərər dəyib, yanğınlar baş verib. Reportajda Rusiya tərəfinin bu hücumlarla Ukraynanın enerji sistemini və logistik mərkəzlərini sıradan çıxarmaq cəhdləri, həmçinin cəbhə xəttindəki son vəziyyət təhlil olunur. Qərbin Ukraynaya yeni HHM sistemləri vədi fonunda artan bu hava hücumlarının hərbi-siyasi nəticələri Baku TV-nin süjetində.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
