Pleyeri seçin:

Rusiya XİN-dən Brüssel görüşü ilə bağlı sərt açıqlama

06 aprel 2024 175 baxış

Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhddir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-Aİ formatında yüksəksəviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz müdaxiləsi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə gətirib çıxara bilər, yeni bölücü xətlərin yaranmasına, eləcə də gərginliyin artmasına səbəb olar”, – bəyanatda deyilib.

Sənəddə həmçinin vurğulanıb ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir:

“Biz bilirik ki, Vaşinqton və Brüssel Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından, Rusiya hərbi bazası və sərhədçilərinin isə bu ölkədən çıxarılmasına çalışır. Biz İrəvan rəhbərliyini Qərbin ölkəni təhlükəsizlik vakuumuna sürükləməsinə və iqtisadiyyatda ciddi problemlərə yol açacaq yanlış istiqamətə yönəltməsinə imkan verməməyə çağırırıq”.

Rusiya XİN-dən həmçinin bildirilib ki, Qərb Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə nəqliyyat və iqtisadi blokadanın aradan qaldırılması üçün tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən də əl çəkmir.

“Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırdı. Razılaşmaların bir çoxu üzrə, xüsusən də qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva bu gün də Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır. Biz İrəvan hakimiyyətini öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, – Rusiya XİN-dən bildirilib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 175 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 175 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 175 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 175 baxış
Seçilmişlər
icon