Rusiyadan yayılan xəbərlərə reaksiya | Cənubi Qafqazda nəqliyyat blokadasına qarşı...
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənubi Qafqazda nəqliyyat blokadasının güc yolu ilə götürülməsi variantı qəbuledilməzdir. Bu məsələdə Moskvanın mövqeyi bəllidir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın “Verelk” informasiya-analitik mərkəzinin sorğusuna cavabda bildirilib.
Departament Hindistan mətbuatının guya “Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara başlamağı planlaşdırması” ilə bağlı dərc olunan məlumatı şərh edib.
“Cənubi Qafqazda nəqliyyat blokadasının aradan qaldırılması ilə bağlı mövqeyimiz hamıya məlumdur. Biz ardıcıl olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli bəyanatlarına, habelə 3 ölkə baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupu çərçivəsində əldə olunmuş müvafiq razılaşmalara əsaslanaraq, regionda nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli açılmasının tərəfdarıyıq. Digər variantlar, o cümlədən güc tətbiqi qəbuledilməzdir. Biz bu barədə müntəzəm olaraq həm açıq, həm də tərəfdaşlarımızla ünsiyyətdə danışırıq.
Sualınızda Hindistan mətbuatına istinadən qeyd olunan proqrama gəlincə, biz bunu Kiyev rejiminin destruktiv hərəkətlərinin növbəti təzahürü hesab edirik. Onlar belə saxta xəbərlər vasitəsilə Rusiya üçün Cənubi Qafqazdakı qonşularımızla münasibətlərdə süni şəkildə çətinliklər yaratmağa çalışır, eyni zamanda xarici ictimaiyyətin diqqətini Ukrayna Silahlı Qüvvələrinin real problemlərindən yayındırır”, ‒ cavabda qeyd olunub.
Qeyd edək ki, Hindistan mətbuatı bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin “məxfi sənədlərində” məlumatın yer aldığını bildirmişdi. Ukrayna Baş Kəşfiyyat İdarəsi isə erməni mediasının yaydığı bu məlumatı təkzib edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
