Rusiyalı müşahidəçi seçki ilə bağlı təəssüratını bölüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xalqı tarixi hadisəyə şahidlik edir. Suveren ərazilərimizdə ilk dəfə prezident seçkiləri keçirilir.
Seçki prosesini müşahidə etmək üçün 800-ə qədər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlardan bir neçəsi də Rusiya nümayəndələridir.
Rusiyalı müşahidəçi İlyas Umaxanov seçki prosesi ilə bağlı təəssüratlarını bölüşüb.
O, seçkilərin beynəlxalq standartlara cavab verəcək səviyyədə təşkil olunduğunu bildirib:
“Baxmayaraq ki, Azərbaycanda prezident seçkiləri dəfələrlə keçirilib, lakin bu, xüsusi seçkilərdir. Çünki Azərbaycan xalqının tarixində mühüm yer tutur. Onilliklər sonra ilk dəfədir ki, torpaqlarını işğaldan azad edən, qalib Azərbaycanın Qarabağ da daxil olmaqla bütün ərazilərində seçki keçirilib.
Bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verəcək səviyyədə təşkil olunub. Biz müşahidələrimiz zamanı bunun şahidi olduq. İştirak etdiyimiz bütün seçki məntəqələrində vətəndaşlar səslərini vermək üçün uzun növbəyə dayanmışdılar. Biz Azərbaycan xalqını seçki prosesinin bitməsi münasibətilə təbrik edirik”.
#Prezident seçkiləri teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
- Ukrayna hakimiyyəti demokratik prosesə qayıdış yollarını yenidən müzakirəyə çıxarır - Baku TV
