Ruslar daha erməni konyakı içməyəcəklər? | Ermənistan konyaklarının 90 %-i…
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının araşdırmasından sonra məlum olub ki, ölkə mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90 faizi təhlükəlidir.
Məlum məsələdir ki, konyak Ermənistanın əsas ixrac məhsuludur və bu məhsulun Rusiyaya ixracına qırmızı işıq yandırılması Ermənistanın xarici gəlirlərində ciddi kəsrlərə səbəb olacaq. Əslində isə məlum qərar İrəvanın qərbyönümlü siyasətinə cavab olaraq Moskvanın qeyri-rəsmi iqtisadi embarqosu sayılır.
Xatırladaq ki, hər dəfə İrəvanla münasibətlər kəskinləşəndə qeyri-müəyyən səbəblərdən Ermənistandan Rusiyaya yük daşıyan avtomobillərin üzünə Lars sərhəd-keçid məntəqəsinin qapıları da bağlanır. Bütün bunların təsadüf olmadığını isə siyasətlə maraqlananlar çox yaxşı bilirlər.
Bəs bu qeyri-rəsmi embarqolar geniş miqyas alarsa, məhdudiyyətlər Ermənistanın digər məhsullarına qarşı da yönəlsə, Ermənistanı nə gözləyir?
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
