Sahibə Qafarova Azərbaycanın daxili işlərinə müdaxilə edənlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Milli Məclisin sədri vurğulayıb ki, bunun yeganə səbəbi isə Azərbaycanın kənar diktələri rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir:
“Bu tip təxribatlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası (COP29) dövründə özünü aşkar şəkildə büruzə verdi”.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
