Sarıcalı kəndinin ikinci mərhələsində nə qədər ev tikiləcək? | Prezidentdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq”.
Bu barədə Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında danışıb.
“Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür – 12 sot. Eyni zamanda ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
