Pleyeri seçin:
Seçki dairələrində dəyişiklik edildi | MSK-dan açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.
Toplantıda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.
Qurum sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik olunub. Ağdərə rayonu bərpa edildiyinə görə 97 saylı seçki dairəsinin adı dəyişdirilib.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, komissiya təmsilçilik baxımından bütün rayonların ölkə parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparılmalıdır. Ona görə də Ağdərə rayonunun adı 97 saylı seçki dairəsinin adına əlavə edilir.
Beləliklə, seçki dairəsi bundan sonra 97 saylı Tərtər-Ağdərə-Goranboy adlandırılacaq.
Kopyalandı
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
