Seçki prosesində şou və qalmaqal yaratmaq istəyənlər tənqid edildi | Bu hallar qəbuledilməzdir!
Yeniliklərdən dərhal xəbərdar olun
“Parlament seçkilərində səsvermə prosesi ümumilikdə normal keçib, namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb”.
Bunu “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi, "Prioritet" Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Zaur İbrahimli seçki gününün müşahidəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb:
“Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərin və onların nümayəndələrinin seçki məntəqələrində süni qalmaqal, şou yaratmağa, güc tətbiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə edilib, hesab edirik ki, belə hallar qəbuledilməzdir”.
#Parlament seçkiləri teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- AFD-nin yüksəlişi Almaniyada siyasi sistemdə fundamental dəyişiklik yarada bilər
- İsrailin hakim partiyasından qalmaqallı plakat
- Ermənistanda parlamentin ilk iclası keçirildi - Baku TV
