“SEPAH üzvü də olsa, azərbaycanlılara səs verin!” - Mahmudəli Çöhrəqanlı
Yeniliklərdən dərhal xəbərdar olun
“O yerlərdə ki seçkiləri boykot etməyimiz qeyri-türklərin qələbəsinə səbəb olacaq, orada bütün gücümüzlə seçkilərdə iştirak edəcək və SEPAH üzvü belə olsa, azərbaycanlı namizədlərə səs verək”.
Bu sözləri ABŞ-də yaşayan milli fəal Mahmudəli Çöhrəqanlı deyib.
Güney Azərbaycanın başqa bölgələrində seçkiləri boykota çağıran fəal vətəndaşlardan Urmiyada seçkilərdə aktiv şəkildə iştirak etməyi istəyib.
“Urmiya istisnadır. Orada türk olan hər bir namizədə, hətta SEPAH üzvünə, rejimin çaqqalı belə olsa, səs verin. Yetər ki, türk olsun!”, – o, təkid edib.
M.Çöhrəqanlı bunu Qərbi Azərbaycan əyalətindəki kürd namizədlərin parlamentə getməsinin qarşısının alınması üçün vacib hesab edib.
Milli fəal Təbriz, Ərdəbil və başqa şəhərlərdən qruplar halında türk namizədlərə səs vermək üçün Urmiyaya getmələrini istəyib.
Qeyd edək ki, bu il martın 1-i İranda parlament seçkiləri keçiriləcək.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
