Separatçıların "lideri" cinayətlərinə görə hansı məsuliyyətləri daşıyır?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Təhlükəsizliyi xidməti tərəfindən saxlanılan Qarabağda qondarma rejimin “prezident”i olmuş Araik Arutyunyanı hansı cəza gözləyir?
Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən onun barəsində hələ 2020-ci ilin oktyabrında cinayət işi açılıb.
Belə ki, o, həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
Gəncədə ümumilikdə 26 mülki azərbaycanlının ölümü ilə nəticələnən raket zərbələrinin Azərbaycanın o zaman işğal altında olan Kəlbəcər və Xankəndi şəhərləri ərazisində yerləşən Ermənistanın hərbi bazalarından endirildiyi müəyyən olunmuşdu.
Nəticədə barəsində həbs qərarı çıxarılan Araik Arutyunyan beynəlxalq axtarışa verilmişdi. O, terror, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər və digər qanunsuz əməllərdə ittiham olunurdu.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
