Pleyeri seçin:

Sərhədlərin demarkasiyası ilə bağlı təcili açıqlama | Avropada elə şeylər olur ki…

28 noyabr 2024 286 baxış

“Demarkasiya və delimitasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri elan etdi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə heç bir müşahidəçi ola bilməz. Əminəm ki, müşahidəçilər gedənə qədər heç bir demarkasiyanın olmaması şərt olaraq irəli sürülüb. Düzdür, Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəd çəkilirsə, onda onların burada olmasının nə mənası var? Yəni elan edirlər ki, biz əvvəldən demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq, məsələn, Tavuş sektorunda 12 km-lik demarkasiya kimi – orada müşahidəçi yoxdur”.

Bu sözləri erməni politoloq Manvel Sərkisyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan öz mövqeyini dəyişmir və Avropa Birliyi missiyasının çıxmasını istəyir:

“Azərbaycanlılar beynəlxalq təşkilatları və ya bəzi ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırmaqda ittiham edirlər və bu ərazidə, öz sərhədlərinə yaxın başqa heç bir qoşun qəbul etmirlər. Yəni həmişə bu mövqedədirlər. Ermənistan hakimiyyətinin nə edəcəyini bilmirəm, amma bu, şərtləri yerinə yetirmədiyini əsas gətirərək, Azərbaycanın sərhədin demarkasiyasını aparmaması üçün fürsət yaradır”.

“Nikol Paşinyanın AB missiyasını uzatmamaq qərarı olarsa, Ermənistan-AB münasibətlərində nə baş verə bilər” sualına cavabında politoloq qeyd edib ki, hələlik missiyanın 2025-ci il fevralından sonra uzadılıb-uzadılmayacağı haqda qərar yoxdur:

“İmtina edilərsə, bunun Avropa üçün nə demək olduğunu nəzərə alsaq, münasibətlərə necə təsir edəcəyi qaranlıqdır. AB heç vaxt problemi açıq-aydın deməyib. Onlar Ermənistanın xahişi ilə gəliblər, istənilməyəcəyi halda gedəcəklər. Amma bu, həm də qeyri-müəyyən prosesdir, çünki siz bilmirsiniz ki, dünyada, Avropada hansı proseslər baş verir, Ukraynada müharibə hansı istiqamətə gedir və sair”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 286 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 286 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 286 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 286 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 286 baxış
Seçilmişlər
icon