Sərkisyan Şuşa barədə təxribatçı sual verən jurnalistləri mat qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən bu gün dünyaya sülh mesajı göndərəcəyəm və hamını təbrik edəcəyəm”.
Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan Şuşa ilə bağlı erməni jurnalistlərin təxribatçı sualını cavablandırarkən deyib.
Jurnalistlər ondan Şuşanın “azad edilməsi günü” ilə bağlı cəmiyyəti təbrik edib-etmədiyini soruşduqda o, belə cavab verib:
“Mən bu günü dünyaya bir mesaj, sülh və harmoniya içində yaşamağın simvolu kimi qəbul edirəm. Hamımıza ehtiyatlı olmağı və öz hərəkətlərimizi buna uyğunlaşdırmağı arzu edirəm ki, həm regionda, həm də dünyada sülh hökm sürsün”.
Arman Sərkisyan həmçinin Şuşa ilə bağlı bu və digər sualları manipulyasiya cəhdi adlandırıb:
“Siz manipulyasiya edirsiniz və məni bura cəlb etmək istəyirsiniz”.
Ermənistan müdafiə nazirinin müavini jurnalistlərin digər təxribatçı suallarını da cavabsız qoyub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
