Şərti sərhəddə nələr baş verir? - “Caliber.Az”dan qalmaqallı görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Qondarma Avropa müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində casusluq fəaliyyətini əks etdirən yeni görüntülər yayılıb.
Bununla bağlı “Caliber.Az”ın redaksiyasına videokadrlar daxil olub.
Martın 26-da lentə alınan görüntülərdə “müşahidəçilər”in casusluq fəaliyyəti Zəngilan və Laçın istiqamətlərində qeydə alınıb.
Kadrlarda üzərində Avropa İttifaqının bayraqları olan iki yolsuzluq avtomobili ilə hərəkət edən dörd avropalı casusun şərti sərhədə çatdığı və durbinlə Azərbaycan ərazilərinə baxış keçirdiyi aydın şəkildə görünür.
Qeyd edək ki, Avropa İttifaqı nümayəndələrinin təxribat xarakterli fəaliyyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunmuş bölmələrinin vizual və texniki vasitələri ilə qeydə alınıb.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
