Səslərin faizi yeniləndi | Prezident seçkisində kim nə qədər səs topladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.
Daxil olan protokollardan sonra prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.
Hazırda dairələrdən daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. İlham Əliyev – 92,12 faiz (4 577 693 səslə) liderdir. Zahid Oruc – 2,17 faiz (107 877 səs), Fazil Mustafa – 1,98 faiz (98 623 səs), Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs), Razi Nurullayev – 0,80 faiz (39 797 səs), Elşad Musayev – 0,66 faiz (32 956 səs), Fuad Əliyev – 0,53 faiz (26 561 səs) qazanıb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.
#Prezident seçkiləri teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
- Ukrayna hakimiyyəti demokratik prosesə qayıdış yollarını yenidən müzakirəyə çıxarır - Baku TV
