Şirvan kanalı buna görə ən böyük layihəmiz olacaq | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında ilk növbədə Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
“Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük – suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
- Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV
