Somali Prezidenti Azərbaycanda | Liderlərin təkbətək görüşü keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 12-də Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Somalidən olan həmkarı Hasan Şeyx Mahmudu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra iki lider arasında təkbətək görüş olub. Eyni zamanda Prezidentlər – İlham Əliyev və Hasan Şeyx Mahmudun iştirakı ilə Azərbaycan və Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
