Şoyqudan Cənubi Qafqazla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası zamanı deyib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – deyən S.Şoyqu əlavə edib ki, Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
#Sergey Şoyqu teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- Rusiyanın Ermənistana xəbərdarlıqları nə ilə nəticələnəcək? - Baku TV
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
