“Soyuq qış günü hərbçilər dedilər ki, səhər saat 6-da buranı tərk etməlisiniz”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Bizim təhsil və idman uğurlarımızı hayların gözü götürmürdü" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kənd sakini Əflatun Məmmədovun həyat hekayəsinə həsr olunub.
Onun sözlərinə görə, rayonlararası olimpiadalarda, idman yarışlarında ermənilərin çirkin niyyətləri, yuxarıdan aşağı baxmaları xatirələrindən çıxmır:
"Böyük Qarakilsədə iri stadion var idi. Biz orada çoxnövlük, yüngül atletika yarışlarına cəlb olunmuşduq, yaxşı nəticələr göstərmişdik. Bizim idman yarışında iştirak edənləri ermənilər əhatəyə aldılar. Kəndə gedən avtobusumuzu devirməyə çalışdılar. Onlar bizim müvəffəqiyyəti, göstəricilərimizi narahatlıqla qarşılayırdılar, gözləri götürmürdü. Onların bu niyyəti, ikilistandartı, bizə qarşı yönlənən xəbis, riyakar, çirkin əməlləri 1988-ci il deportasiyası ilə nəticələndi".
Arçut sakini 1918-ci illərdə yaşanan Vartana vəhşəti zamanı ermənilərin qoca, cavan, uşaq, körpə, hamilə qadınları məscidə yığıb yandırdığını, 1918-ci ildəki ilk deportasiyada qaçqın, köçkün düşənlərin Türkiyəyə qaçdığını, Arpa çayını keçən zaman insanların çaya düşüb boğulduğunu və xeyli itkinin olduğunu söyləyib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
