Su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik | Prezident - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizim iki investisiya proqramımız var (Ənənəvi Dövlət İnvestisiya Proqramı və Qarabağ və Şərqi Zəngəzur üzrə Xüsusi Dövlət İnvestisiya Proqramı) və hər ikisi yüksək səviyyədə icra olunur, lakin artan yükdaşımalar nəqliyyat və logistika sahəsində əlavə addımlar atmağı zəruri edir”.
Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib ki, Bakı, Sumqayıt, Xırdalan və bütün Abşeron yarımadası üzrə su-kanalizasiya sistemlərinin yenilənməsi üçün irimiqyaslı proqram hazırlanır və bu proqram çərçivəsində içməli su təminatı, o cümlədən duzsuzlaşdırma qurğularının yaradılması nəzərdə tutulur.
Prezident vurğulayıb ki, Bakıda yol-nəqliyyat problemi ciddi olaraq qalır və bu sahədə görüləcək işlər hələ çoxdur:
“Bakıda 2500 kilometr yol salınıb, 50 tunel və təxminən 50 körpü inşa edilib, lakin bu, kifayət deyil və əlavə tədbirlər görülməlidir”.
Dövlət başçısı qeyd edib ki, artıq Bakıda 10 yeni metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul edilib, eyni zamanda yeni körpü və tunellərin inşası da davam etdiriləcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
