Sülh müqaviləsi imzalanandan sonra nələr olacaq? - Mirzoyandan kritik açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Vaşinqtonda imzalanan bəyannamə və paraflanmış sülh sazişi İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır".
Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
"Sənədlərdə sırf bir tərəf üçün faydalı, digər tərəf üçün isə zərərli olan bir müddəa yoxdur", ‒ deyə Mirzoyan qeyd edib.
O əlavə edib ki, əldə olunan razılaşmaların pozulma ehtimalı çətin qiymətləndirilir və bütün məqamlar hər iki tərəf üçün vacibdir.
Yekun sülh sazişinin imzalanmaması, yalnız paraflanması ilə bağlı sual barədə Mirzoyan bildirib ki, bir sıra məsələlər hələ həll edilməli və mühüm işlər görülməlidir.
Mirzoyan Ermənistanın Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu bəyan edib, ancaq bunun Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalandıqdan sonra baş verə biləcəyini vurğulayıb.
"İndi sülh sazişi paraflanıb və belə qənaətə gəlmək olar ki, razılaşmadan sonra Ermənistan-Türkiyə infrastrukturlarının açılışı da olacaq. Türkiyə də infrastrukturların tez bir zamanda açılmasında maraqlıdır. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoqumuz var", ‒ deyə nazir bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
