Sülh müqaviləsinin təşəbbüskarı Azərbaycan oldu | Prezident İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, vakum yaranmışdı”.
Bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, o vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk Qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü.
“Onlar da bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll edib. Hərbi-siyasi yollarla Qarabağ münaqişəsi öz həllini tapdı. Məhz Azərbaycan o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni bu boşluq çox davam edə bilməz. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmalıdır. Onun təşəbbüskarı biz olmuşuq. O təşəbbüsü biz irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas 5 prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq”, – deyə Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
