Sülh sazişinin mətni Bakıya veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində çalışır və tezliklə mətn Bakıya təhvil verəcək”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə bildirib. “Hazırda bütün məsələlər işlənilir və razılaşdırma prosesi aparılır. Ermənistan bütün məsələləri və problemləri rusiyalı tərəfdaşları ilə müzakirə edir”, - deyə o qeyd edib.
A.Qriqoryan əlavə edib ki, Ermənistan Türkiyə ilə sərhədləri də açmağa və münasibətləri normallaşdırmağa çalışır: "Siz sərhədlərin açılması ilə bağlı Ermənistan tərəfinin mövqeyini bilirsiniz. Biz bunun nə vaxt baş verəcəyinə dair dəqiq vaxt söyləməmişik. İki razılaşmamız var və onlardan biri üçüncü ölkə vətəndaşları ilə bağlıdır".
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, hazırda danışıqlar davam edir. O, sərhədlərin açılmasının mümkün qədər tez bir zamanda baş verəcəyinə ümidvar olduğunu söyləyib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
