Şuşa fatehi Hikmət Mirzəyevlə bağlı qərar | Prezident imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin olunub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvarda anadan olub. O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə “polkovnik-leytenant” rütbəsini daşıyıb. Ona “polkovnik” rütbəsini də məhz Heydər Əliyev təqdim edib.
Hikmət Mirzəyev 2002-ci il yanvarın 19-da Heydər Əliyevin imzaladığı Sərəncamla “general-mayor” hərbi rütbəsini alıb.
O, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.
Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 17-də imzaladığı Sərəncamla Hikmət Mirzəyevə “general-leytenant” hərbi rütbəsi verilib.
Onun adı tarixə Şuşa fatehi kimi yazılıb.
#Hikmət Mirzəyev teqi istifadə olunub
- Hikmət Mirzəyevin başçılığı altında Quru Qoşunlarının ordu korpuslarının keçidi
- Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
- Adını tarixə yazan general Hikmət Mirzəyevin doğum günüdür
- Hikmət Mirzəyev və Yaşar Gülər görüşdü | Mühüm müzakirələr aparıldı
- Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü | Nələr müzakirə edildi?
