Tacikistan Prezidenti Bakıda | Rəsmi qarşılanma mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev həmkarı Emoməli Rəhmon qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Hər iki dövlətin himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər. Ardınca Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
