Pleyeri seçin:

Tava-təpə də Göbəkli-təpə abidəsi kimi bütövlükdə dəfn edilib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

10 sentyabr 2024 253 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Bütün Ermənistan boyunca türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır” adlı veriliş efirə gedib.

Verilişdə erməni arxeoloqların Qərbi Azərbaycan ərazisində, xüsusən Göyçə-Şəmşəddil bölgələrində aparılan qazıntılardan, “Tava Təpə”də tapılan nümunələrdən bəhs olunur.

Bildirilir ki, erməni tarixçilər yeni iddialar sevdası ilə özləri də istəmədən apardıqları qazıntılar nəticəsində Qərbi Azərbaycan ərazisinin qədim türk-Azərbaycan torpağı olduğunu sübut edirlər.

Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq deyib ki, bu tapıntıların Qafqazda yaşayan köçəri maldar tərzi keçirən türk tayfalarına məxsus olduğunu sübut edir:

“Qafqazda türklərin çox qədim tarixini sübut edən “Tava Təpə”nin nadir tapıntı kimi 3600 illik tarixi var. Qazıntı zamanı aşkar olunan binanın həddindən artıq böyük olduğu ortaya çıxdı. “Tava Təpə”də qazıntı zamanı üzə çıxan tapıntılar hamını heyrətləndirdi. Bura mürəkkəb quruluşlu, daim yanan ocaq yeri olan tikilidir”.

Onun sözlərinə görə, qazıntı zamanı üz cizgiləri dəqiq olan gil fiqurlar dini ritualı göstərən artefaktdır:

“Dünyada heç yerdə rast gəlinməyən adət, yəni “Tava Təpə”də “Göbəkli-Təpə” abidəsi kimi ritual başa çatandan sonra bütövlükdə dəfn edilib. “Tava Təpə”də qazıntı zamanı tapılan qatdan aşağı qatda daha bir abidə tapılıb. Bu bölgələrin hamısında Xocalı-Gədəbəy mədəniyyətinə aid tayfalar məskunlaşıblar.

“Tava Təpə” Xocalı-Gədəbəy mədəniyyətinə aid tayfaların dini ritual mərkəzi idi. Ermənilər qazıntı zamanı üzə çıxan maddi sübutları öz adlarına çıxarmaqla özlərini təkzib edirlər. Bütün Ermənistan boyunca qazıntı zamanı türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 253 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 253 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 253 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Seçilmişlər
icon