TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu
"Qazaxıstan Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının güclü və vahid şəbəkəsinin formalaşmasında bundan sonra da fəal iştirak etmək niyyətindədir".
Bunu Qazaxıstanın İnformasiya və Mədəniyyət Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədr müavini Janargul Aljanova Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının müntəzəm görüşləri etimadın möhkəmləndirilməsində mühüm rol oynayır, eləcə də təcrübə mübadiləsi və birgə təşəbbüslərin başlanması üçün platforma yaradır.
"Şübhəsiz ki, ümumi inkişafımızın vacib elementi böyük infrastruktur layihəsi olan Zəngəzur dəhlizidir. Bu dəhliz Türk dövlətlərinin inteqrasiyası üçün yeni imkanlar açır.
Qazaxıstan Türk dünyasının güclü QHT şəbəkəsinin formalaşmasına töhfə verməyə, praktik həllər işləyib hazırlamağa və ortaq gələcək naminə səyləri birləşdirməyə hazırdır. Əminəm ki, bu forum yeni layihələr üçün başlanğıc nöqtəsi olacaq, Türk dünyasının qarşılıqlı əlaqələrini gücləndirəcək və xalqlarımıza real fayda gətirəcək", ‒ J.Aljanova vurğulayıb.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
- "Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV
