Təhlükə altındayıq! | Koçaryan Rusiya ilə münasibətlərin pisləşməsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya hər şeyi unutmağa hazır deyil, beynəlxalq münasibətlər belə işləmir. Son illər Rusiya və Ermənistan arasında bir-birini tamamlayan dəhliz xeyli daralıb”.
Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.
“Bu gün Ermənistanda Rusiya ilə bağlı təsəvvür yaxşı deyil, çünki biz səhvlərə yol verib, onu Rusiyanın üzərinə atmağa çalışırıq. Bu, diqqətdən kənarda qalmayacaq”, – sabiq prezident bildirib.
Köçəryan əlavə edib ki, hakimiyyət Ermənistanı ciddi təhlükə qarşısında qoyan addımlar atır.
Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda cinayət işi açılıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
