Təşəbbüslərimiz sadəcə COP29 çərçivəsində deyil, inanırıq ki... | Nazirdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifidir”.
Bunu energetika naziri Pərviz Şahbazov “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə Azərbaycanın qlobal enerji keçidindəki rolundan danışarkən deyib.
“14 təşəbbüsdən üçü “yaşıl enerji” üzrə zona və dəhlizlər, qlobal enerji saxlancları və şəbəkələri, hidrogen bəyannaməsi məhz enerji aspektində dünyada xalis sıfıra nail olmaq üçün çağırışların qarşılanmasına dəstək olmağı, enerji keçidini sürətləndirməyi hədəfləyir. İnanırıq ki, bu təşəbbüsləri yalnız COP29 çərçivəsində deyil, həmçinin qlobal miqyasda qarşıdakı 10 illiklərdə müəyyən edilmiş hədəflərin reallaşmasına da öz töhfəsini verəcək”, – deyə nazir əlavə edib.
#Pərviz Şahbazov teqi istifadə olunub
- Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV
- Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- Pərviz Şahbazov Mohamed Arkab ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Bakıda "OPEC+un" mühüm toplantısı keçirildi | Detallar açıqlandı - Baku TV
