Tezliklə elə şeylər ola bilər ki... | Ermənistan Zəngəzurda nəyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib:
“İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir”.
Qeyd edək ki, A.Simonyan “yaxın günlərdə çox maraqlı hadisələr ola bilər” deyərkən konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Bundan başqa, indiki məqamda İrəvandan eskalasiya anonsunun verilməsi birmənalı deyil. Çünki Azərbaycan sərhəddə hər hansı aktivlik nümayiş etdirmir və sülh prosesinə sadiqdir. Bunun müqabilində isə Ermənistan Zəngəzurda yeni mövqelər inşa edir, mühəndis-istehkam işləri aparır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
