Tramp şərtini açıqladı | Azərbaycan “İbrahim sazişləri”nə qoşulacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrinin "İbrahim sazişləri"nə qoşulması imkanını müzakirə edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of Israel" yazır.
Qeyd olunur ki, hazırda məsələyə dair danışıqlar davam edir. Bu addımın həmin ölkələrin İsraillə mövcud əlaqələrini daha da dərinləşdirməsini hədəflədiyi bildirilir.
Xatırladaq ki, "İbrahim sazişləri" çərçivəsində dörd müsəlman ölkə ABŞ-nin vasitəçiliyi ilə İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılıq verib. Azərbaycan və Mərkəzi Asiyadakı bütün ölkələr isə artıq İsraillə uzunmüddətli əlaqələrə malikdirlər. Buna görə də sazişin onları əhatə etməsi əsasən simvolik xarakter daşıyacaq və ticarət, hərbi əməkdaşlıq kimi sahələrdə əlaqələri gücləndirməyə yönələcək.
Vurğulanır ki, Tramp Administrasiyası Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını "İbrahim sazişləri"nə qoşulmaq üçün şərt kimi irəli sürür.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
