Türk dünyası üçün siyasi önəm daşıyan qərar qəbul olundu | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası öz işini uğurla başa çatdırıb və yekunda türk dünyası üçün önəmli bir qərar qəbul olunub.
Belə ki, müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifba ilə bağlı yekun siyasi qərar 2026-cı ildə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında verilə bilər.
Bəs bu əlifbadan necə və hansı formada istifadə olunacaq?
Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli hazırkı əlifbanın istifadəsi ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Professor qeyd edib ki, sosial mediada ortaq türk əlifbasının ilk görüntüsü olaraq paylaşılan şəkil saxtadır:
“34 hərfin qəbul edilməsi yeni əlifbanın icad edilməsi demək deyil. Bu əlifbanın əsasında Azərbaycan əlifbası durur. Heç kimi məcbur etmirlər ki, 34 hərfi də qəbul etsin”.
#Türk dünyası teqi istifadə olunub
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- “Birliyin Gücü - 2026” | Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi - Baku TV
- "TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV
- "Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV
- Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI
