Pleyeri seçin:
Türkiyə və Ermənistan arasında yeni mərhələ başlayır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ilə Ermənistan ilk dəfə olaraq heyətlərarası görüş üçün bir araya gəlməyə hazırlaşır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşün gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır.
Məlumatlara əsasən, Türkiyə heyətinə rəhbərlik edəcək səfir Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyətinin Ermənistan ərazisinə Alican sərhəd-keçid məntəqəsindən daxil olması gözlənilir.
İlk dəfə baş tutacaq bu görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində yeni qərarların qəbul ediləcəyi, həmçinin əvvəlki illərdə əldə olunmuş razılaşmaların icrası məsələlərinin müzakirəyə çıxarılacağı bildirilir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
