Türkiyə və Rusiyanın Ağdamda birgə fəaliyyəti başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.
Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri, eləcə də digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
