Türkiyə xalqının qətiyyəti - Ərdoğanın zəfəri
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yüksək səviyyədə baş tutan 100 ilin prezident və parlament seçkiləri dünyaya demokratiya dərsi keçdi. Türkiyə xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi, həm də beynəlxalq müstəvidə bəzi antitürk dairələrin niyyətini puça çıxardı. Çünki 21 illik Rəcəb Tayyib Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir.
Türk xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi. Həm aparılan statistik araşdırmalara görə, həm də ekspertlərin böyük əksəriyyətinin fikrincə, seçkilərin ikinci tura qalmasına rəğmən, R.T.Ərdoğanın parlaq qələbəsi qaçılmazdır. Həmçinin dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidentinin türkiyəli həmkarını və "Cumhur İttifaqı"nı ən çox səs toplaması münasibətilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin təzahürüdür.
Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turu mayın 28-də baş tutacaq. Seçkilərdə ən çox səs toplayan iki namizəd – hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və millət ittifaqının namizədi Kamal Kılıçdaroğlu iştirak edəcəklər.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
