Türkiyədən Ermənistana sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı hərbi-siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin açılışını kəskin şəkildə pisləyib.
“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderlərinə, o cümlədən dövrün Azərbaycan rəsmilərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə qınayırıq. Bu rüsvayçı abidənin açılışı 31 diplomatımızın və onların ailə üzvlərinin qətlə yetirildiyi dəhşətli və qanlı terror aktını tərənnüm edir”, – deyə nazirliyin yaydığı bəyanatda vurğulanıb.
Bildirilib ki, erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.
“Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, – deyə nazirliyin bəyanatında qeyd olunub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
