Türkiyədən İsveçə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin terrorçu kimi tanıdığı təşkilatlara dəstək verdiyi müddətcə irəli gedə bilməyəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.
“Biz yenə açıq deyirik: terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər ölkənin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil. Biz Stokholmda prezidentimizə qarşı törədilən bu mənfur hərəkətləri qəti şəkildə pisləyirik. Biz reaksiyamızı və gözləntilərimizi İsveç rəsmilərinə çatdırdıq. Belə hərəkətlərə qarşı konkret tədbirlərin görülməsi qanunun tələbidir və bizim üzərimizə düşən öhdəlikdir”, - R.T.Ərdoğanın sözçüsü əlavə edib.
Qeyd edək ki, onun şərhi PKK terrorçularına dəstək məqsədilə Stokholmda keçirilən mitinqlə bağlıdır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
